Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçimiz yarımfinalda

Stolüstü tennisçimiz Aylin Əsgərova Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmələrin “WTT YOUTH CONTENDER TBILISI” turnirində uğurla çıxış edir. Bu gün 17 yaşadək idmançıların mübarizəsinə qatılan tennisçi qrup mərhələsində İran və Qazaxıstan tennisçilərinə qalib gələrək 1/8 finala adlayıb. Ardınca daha iki qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını 1/2 finala yazdırıb. O, sabah finala çıxış uğrunda Honkonq idmançısı ilə qarşılaşacaq.
Qeyd edək ki, bu gün yarışa qatılan daha bir tennisçimiz Arzu Aslanova ¼ finalda mübarizəni dayandırıb.

Stolüstü tennisçilərimiz beynəlxalq turnirin ¼ finalında

2022 09 23

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə stolüstü tennisçilərin “WTT YOUTH CONTENDER TBILISI” turniri davam edir.Bu gün 17 yaşadək idmançıların mübarizəsinə qatılan Arzu Aslanova ilə Aylin Əsgərova mükafatlara doğru inamla irəliləyir. Arzu Aslanova qrup mərhələsində iranlı və özbəkistanlı rəqibləri üzərində qələbələrlə 1/8 finala adlayıb. Bu mərhələdə Gürcüstan idmançısını da yolundan kənarlaşdıran Aslanova ¼ finala yüksəlib.Eyni yaş qrupundakı digər təmsilçimiz Aylin Əsgərova ilkin mərhələdə İran və Qazaxıstan tennisçilərinə qalib gəlib. Ardınca daha bir qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını 1/4 finala yazdırıb.

Seçmə komandamız beynəlxalq turnirə qatılıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə stolüstü tennisçilərin “WTT YOUTH CONTENDER TBILISI” turniri davam edir. Bu gün qızlar mübarizəyə başlayıblar.
Sentyabrın 23-dən 25-dək davam edəcək turnirdə məşqçilər Elnur Hidayətzadə və Gülnarə İbrahimovanın rəhbərliyi ilə Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaq.
Qeyd edək ki, oğlanların mübarizəsində Adil Əhmədzadə ilə Onur Quluzadə 3-cü yeri tutub.

Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçısı olub

 Stolüstü tennisçimiz Adil Əhmədzadə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “WTT YOUTH CONTENDER TBILISI” turnirində mükafata layiq görülüb.

15 yaşadək tennisçilərin turnirində yarışan idmançı yarımfinaladək inamla irəliləsə də, finala çıxış uğrunda görüşdə uduzaraq 3-cü yeri tutub.

Eyni yaş qrupunda qüvvəsini sınayan Rüstəm Hacılı ilə Hüseyn Eylazov 1/8 finalda mübarizəni dayandırıb.

11 yaşadək tennisçilərin turnirində bacarığını göstərən Onur Quluzadə də yarışı 3-cü pillədə bitirib. Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn tennisçi ¼ final səddini də adlasa da, yarımfinalda uduzaraq 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, Tbilisidə təşkil olunan yarışa 18 ölkənin idmançıları qatılıblar.

2022 09 21 3

2022 09 21 4

 

Stolüstü tennisçimiz beynəlxalq turnirdə 3-cü yeri tutub

2022 09 21 1
Gürcüstanın paytaxtı Tbilisi şəhərində “WTT YOUTH CONTENDER TBILISI” turniri davam edir. Idmançılarımız bu gün iki yaş qrupunda mübarizə aparıblar.
11 yaşadək tennisçilərin turnirində bacarığını göstərən Onur Quluzadə yarışı 3-cü pillədə bitirib. Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn idmançı ¼ final səddini də adlasa da, yarımfinalda uduzaraq 3-cü yerlə kifayətlənib.
15 yaşadək tennisçilərin turnirində qrup mərhələsini arxada qoyan Adil Əhmədzadə də, bu gün mükafatlar uğrunda yarışacaq.
Eyni yaş qrupunda qüvvəsini sınayan Rüstəm Hacılı ilə Hüseyn Eylazov 1/16 finalda mübarizəni dayandırıb
Qeyd edək ki, Tbilisidə təşkil olunan yarışa 18 ölkənin idmançıları qatılıblar.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası