Stolüstü tennisçilərimiz Çinə yollanıblar

 2023 08 03

Stolüstü tennisçilərimiz Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova bu gün Çin Xalq Respublikasının Hebei şəhərinə yola düşüb. Onlar məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər. Sabah başlanacaq toplanışa sentyabrın 10-da yekun vurulacaq.
Qeyd edək ki, daha 4 idmançımız – Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova iyulun 4-dən etibarən avqustun 15-dək məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Çinin Şanxay şəhərində təlim-məşq toplanışındadır.

Stolüstü tennisçilərimiz Universiadaya yollanırlar

2023 07 23
İyulun 28-də Çinin Çendu şəhərində 31-ci Ümumdünya Yay Universiadasına start veriləcək. 110 ölkənin qatılacağı yarışda Azərbaycan 88 idmançı ilə təmsil olunacaq. Onlardan 8-i stolüstü tennisçidir. Çendu sınaqlarında Fərhad İsmayılov və Könül Mikayılovanın rəhbərliyi ilə Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Aliyə Haşımova, Nihad Məmmədov, İbrahim Ansari, Kənan Pənahov və Fəxri Abdullayev bacarığını göstərəcək. Komandamız bu gecə Çinə yollanacaq. Universiadaya avqustun 8-də yekun vurulacaq.

Stolüstü tennisçimiz Avropanın ilk səkkizliyində

2023 07 22
İstedadlı idmançımız Mərziyyə Nurmətova yeniyetmə və gənc stolüstü tennisçilərin Polşanin Qlivitse şəhərində keçirilən Avropa birinciliyində ilk səkkizlikdə yer alıb. 15 yaşlı idmançı yarışın 1/32 final mərhələsində Niderland təmsilçisinə 4:3, 1/16 finalda Yunanıstan idmancısına 4:2, 1/8 finalda ukraynalı rəqibinə 4:1 hesabı ilə qalib gəlib. 1/4 finalda İspaniya idmançısına 1:4 hesabi ilə uduzan Mərziyyə Nurmətova qitə birinciliyini ilk səkkizlikdə başa vurub. Qeyd edək ki, bu, müstəqillik dönəmində azərbaycanlı stolüstü tennisçilərin Avropa birinciliyində göstəridiyi ən yaxşı nəticədir.

Seçmə komandamız Avropa çempionatında mübarizəyə qatılır

 2023 07 14

Yeniyetmə və gənc stolüstü tennisçilərimiz bu gün Polşanın Qliviçe şəhərində başlanan Avropa çempionatında mübarizə aparacaqlar. Gənclərin yarışında Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Nigar Mahmudova etimadı doğrultmağa çalışacaq.
Yeniyetmələrdən isə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Mərziyyə Nurmətova, Arzu Aslanova və Aylin Əsgərova qitə sınaqlarında bacarığını göstərəcək.
Qeyd edək ki, seçmə komandamızın üzvləri məsul yarışa Çexiyada hazırlıq keçiblər. İdmançılarımız məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə iyulun 3-dən 13-dək sözügedən ölkənin Havirov şəhərində təlim-məşq toplanışında olublar.

Seçmə komandamız Çində hazırlıq keçəcək

Yeniyetmə stolüstü tennisçilərimizi qarşıda daha bir ciddi sınaq gözləyir. U-13 milli komandası avqust ayında Fransanın Strasbur şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. İdmançılarımız sözügedən yarışa hazırlığın növbəti mərhələsini ölkə xaricində keçəcəklər. Komandanın üzvləri bu məqsədlə Çin Xalq Respublikasının Şanxay şəhərinə yola düşüblər. İyulun 4-dən avqustun 15-dək keçiriləcək təlim-məşq toplanışında məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Tunar Bağırov, Xədicə Eylazova, Yağmur Məmmədli, və Onur Quluzadə iştirak edəcək.

2023 07 04

Stolüstü tennisçilərimiz Çexiyaya yollanıblar

Stolüstü tennisçilərimiz iyulun 14-də Polşanın Qliviçe şəhərində başlanacaq Avropa çempionatında mübarizə aparacaqlar. Seçmə komandamızın üzvləri məsul yarışa hazırlığı Çexiyada davam etdirəcək. İdmançılarımız bu məqsədlə sözügedən ölkənin Havirov şəhərinə yola düşüblər. İyulun 13-dək keçiriləcək təlim məşq toplanışında gənclərdən İbrahim Ansari, Nihad Məmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Nigar Mahmudova, yeniyetmələrdən isə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Mərziyyə Nurmətova, Arzu Aslanova və Aylin Əsgərova iştirak edəcək.
Komandamız Havirova seçmə komandanın məşqçiləri Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə yollanıb.

2023 07 03

Stolüstü tennisçilərimiz Avropa çempionatına qatılacaqlar

 

Stolüstü tennisçilərimiz 13 yaşadək idmançıların Avropa çempionatında mübarizə aparacaqlar. Seçmə komandamız bu gün yarışın təşkil ediləcəyi Zaqreb şəhərinə yollanıb. Azərbaycan Xorvatiya sınaqlarında 4 idmançı ilə təmsil olunacaq. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova şəxsi, komanda və qoşa-qarışıq mübarizədə etimadı doğrulmağa çalışacaq. Azərbaycan millisi ilk olaraq komanda yarışlarında Polşa, İsveç və İslandiya seçmələri ilə eyni qrupda qüvvəsini sınayacaq.
İyunun 14-də start veriləcək Avropa çempionatına iyunun 18-də yekun vurulacaq.

13 06 2023

“15 İyun – Milli Qurtuluş günü”nə həsr edilən stolüstü tennis turniri başa çatıb

Sumqayıt şəhərində “15 İyun – Milli Qurtuluş günü”nə həsr edilmiş stolüstü tennis turniri keçirilib. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Qarabağ” NN stolüstü tennis klubunun bazasında təşkil olunan yarışda 2006-2008, 2009-2012, 2013-cü il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyi maraqlı idman mübarizəsi ilə yadda qalıb. Turnir “15 İyun – Milli Qurtuluş günü”nün şəhərdə qeyd edilməsi, stolüstü tennis idman növünün təbliği və inkişafı, respublika yarışlarında iştirak edəcək şəhər seçmə komandasının komplektləşdirilməsi məqsədi ilə keçirilib.
Qalib və mükafatçılar şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı ilə təltif olunub

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/news?start=216#sigFreeId19faf594b9

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası