Stolüstü tennisçilər “İdman paytaxtı 2024”ün açılış mərasimində


Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qubada keçirilən “İdman paytaxtı 2024”ün açılış mərasimi olub.

Gənclər və idman naziri Fərid Qayıbov və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun, həmçinin idman ictimaiyyətinin nümayəndələrinin qatıldığı tədbirdə stolüstü tennisçilər də iştirak ediblər.
Maraqlı məqamlarla yadda qalan mərasimdə “İdman Paytaxtı 2024”ün “Fuji” adlı maskotu təqdim olunub.
Ardınca nazir Fərid Qayıbov “İdman Paytaxtı”nın rəmzi açarını Quba rayonunun icra başçısı İlqar Mahmudova təqdim edib.
Digər idman növləri ilə yanaşı stolüstü tennis üzrə nümunəvi çıxışlar da iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Stolüstü tennisçilər Çinə yollanıblar

Yeniyetmə stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına qatılıblar. 13 yaşadək idmançılardan ibarət seçmə komandanın üzvləri bu məqsədlə Çin Xalq Respublikasına yollanıblar. Baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunar Bağırov, Onur Quluzadə, Şakir Qədirov, Şəbnəm Mansurova, Yağmur Məmmədli və Banu Baytallı Çinin Şanxay şəhərində yerləşən Milli Stolüstü Tennis Akademiyasında ustalıq səviyyəsini artıracaq. Qarşıdakı Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına yanvarın 24-də yekun vurulacaq.

 

Stolüstü tennisçilərin ölkə turniri başa çatıb

Kiçik yaşlı yeniyetmə stolüstü tennisçilər arasında ölkə turnirinə yekun vurulub. “Şüa” idman kompleksində keçirilən yarışın nəticələrinə əsasən qızların mübarizəsi Mehri Aslanzadənin qələbəsi ilə başa çatıb. Nailə Nəzirova ikinci, Fərəh Hidayətzadə ilə Sofiya İlyasova üçüncü yeri tutub.
Oğlanların yarışında isə Əliəkbər Mirzəliyev bütün rəqiblərini üstələyib. O, finalda Saleh Hümbətova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həzrət Kamilovla Cəfər Almədədli üçüncü yerlə kifayətlənib. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.
Qeyd edək ki, budəfəki yarışda Bakı, Sumqayıt, Şabran, Şəki, Şirvan, Salyan, Qax və Qobustandan üzmumilikdə 100-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb.

Stolüstü tennisçilər arasında ölkə turniri keçirilir

Bu gün yeniyetmə stolüstü tennusçilər arasında ölkə turnirinə start verilib. “Şüa” idman kompleksində keçirilən yarışda Bakı, Sumqayıt, Şabran, Şəki, Şirvan, Salyan, Qax və Qobustan təmsilçiləri iştirak edirlər. Budəfəki turnirdə ümumilikdə 100-ə yaxın idmançı bacarığını göstərir. 2014-cü il təvəllüdlü və ondan kiçik yaşlı idmançıların qatıldığı yarış stolüstü tennisin kütləviliyini artırmaq və perspektivli idmançıları üzə çıxarmaq məqsədi daşıyır. Şəxsi xarakterli turnirin qalibləri dekabrın 24-də müəyyənləşəcək. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.

Veteran stolüstü tennisçilərin ölkə turniri keçirilib

Veteran stolüstü tennisçilər arasında ölkə turnirinə yekun vurulub. “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışda 60-a yaxın iştirakçı bacarığını göstərib. Qadınlar 1, kişilər isə 4 yaş qrupu üzrə qalib və mükafatçıları müəyyənləşdiriblər. Maraqlı idman mübarizəsinin nəticələrinə əsasən qadınlar arasında Svetlana Kayumova bütün rəqiblərini üstələyib. Kişilərin yarışlarında isə, Mahir Cəbiyev, Elşad Vahidov, Əsgərqulu Heydərli və Səxavət Heydərov baş mükafata layiq görülüb. Fəxri kürsüyə qalxan iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan stolüstü tennis turniri keçirilib

Stolüstü tennisçilər Heydər Əliyev ilinə həsr olunan “TOP-8” turnirində bacarıqlarını göstəriblər. “Şüa İdman Kompleksi”ndə keçirilən ənənəvi yarışda Azərbaycan çempionatında ilk 8 yeri tutan idmançılar mübarizə aparıblar. Kişilərin turniri Adil Əhmədzadənin qələbəsi ilə nəticələnib. O, finalda Hilal Həsənovu məğlub edərək fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Nihad Məmmədov 3-cü yeri tutub.
Qadınların final görüşündə Ləman Abdulhəmidovaya qalib gələn Məryəm İmanova baş mükafata layiq görülüb. Mərziyyə Nurmətova 3-cü pillədə qərarlaşıb. Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və mükafatları təqdim olunub.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnir stolüstü tennisin populyarlığını və idmançıların hazırlıq səviyyəsini artırmaq məqsədi ilə təşkil edilib.

Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışında


Stolüstü tennis üzrə seçmə komandamızın üzvü Onur Quluzadə baş məşqçi Mixail Timofeyevin müşaiyəti ilə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılıb. Bir sıra beynəlxalq turnirlərin mükafatçısı 2023-cü ilin Çexiyanın Havirov şəhərində keçirilən yekun toplanışında qitənin digər ölkələrindən olan yaşıdları ilə birgə hazırlaşacaq. Qeyd edək ki, dekabrın 17-dək davam edəcək “Eurotalents Development Camp” qitənin 13 yaşadək ən istedadlı stolüstü tennisçiləri üçün təşkil olunub.

Ölkə kuboku yarışının qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə ölkə kuboku yarışına yekun vurulub. 2005-2008-ci illər , 2009-cu il və ondan kiçik təvəllüdlü idmançıların qatıldığı mübarizədə iştirakçılar şəxsi, qoşa, qarışıq-qoşa və komanda növləri üzrə bacarıqlarını göstəriblər. 

2005-2008-ci il təvəllüdlü
Qızlar:
I yer – Sumqayıt – 1
II yer - Təhsil
III yer – Sumqayıt – 2
III yer - Şabran
Oğlanlar:
I yer - Sumqayıt 1
II yer - 13 nömrəli İOEUGİM PHŞ
III yer - Şabran
III yer - Təhsil
Şəxsi qızlar:
I yer - Əsgərova Aylin
II yer - Nurmətova Mərziyyə
III yer - Ağayeva Aysu
III yer - Əbilzadə Xədicə
Şəxsi oğlanlar:
I yer - Əhmədzadə Adil
II yer - Hacılı Rüstəm
III yer - Eylazov Hüseyn
III yer - Qubadov Tahir
Qarışıq qoşa:
I yer - Əhmədzadə Adil - Nurmətova Mərziyyə
II yer - Eylazov Hüseyn - Aslanova Arzu
III yer - Hüseynov Elşən - Ağayeva Aysu
III yer - Hacılı Rüstəm - Əsgərova Aylin
Qoşa oğlanlar:
I yer - Əhmədzadə Adil - Hacılı Rüstəm
II yer - Eylazov Hüseyn - Məhəmmədov Toğrul
III yer - Hüseynov Elşən - Mirzəyev Tural
III yer - Qubadov Tahir - Oruczadə Amin
Qoşa qızlar:
I yer - Nurmətova Mərziyyə - Aslanova Arzu
II yer - Əbilzadə Xədicə - Məmmədova Səbinə
III yer - Əsgərova Aylin - Ağayeva Aysu
III yer - Kazımova Pərizad - İsmayılzadə Nigar

2009-cu il təvəllüdlü və ondan kiçik
Komanda qızlar:
I yer - Təhsil
II yer - Sumqayıt 1
III yer - Sumqayıt 2
III yer - 13 nömrəli İOEUGİM PHŞ
Komanda oğlanlar:
I yer - Təhsil
II yer - Şabran
III yer - 13 nömrəli İOEUGİM PHŞ
III yer - Sumqayıt 1
Şəxsi qızlar:
I yer - Məmmədli Yağmur
II yer - Mansurova Şəbnəm
III yer - Eylazova Xədicə
III yer - Ağayeva Aynur
Şəxsi oğlanlar:
I yer - Quluzadə Onur
II yer - Nəzərli Uğur
III yer - Qədirov Şakir
III yer - Bağırov Tunar
Qoşa qızlar :
I yer - Mansurova Şəbnəm - Ağayeva Aynur
II yer - Məmmədli Yağmur - Eylazova Xədicə
III yer - Həsənli Fidan - Rüstəmli Aysel
III yer Əhmədzadə Mələk - Baytallı Banu
Qoşa oğlanlar:
I yer - Qədirov Şakir - Bağırov Tunar
II yer - Quluzadə Onur - Aslanlı Ömər
III yer - Nəzərli Uğur - Kərimov İslam
III yer - Babayev Vaqif - Kərimov Ruslan
Qarışıq qoşa:
I yer - Quluzadə Onur - Məmmədli Yağmur
II yer - Bağırov Tunar - Eylazova Xədicə
III yer - Nəzərli Uğur - Mansurova Şəbnəm
III yer - Kərimov Ruslan - Ağayeva Aynur

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası