Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçimiz İsveçə yollanıb

Seçmə komandanın üzvü Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının dünyanın ən istedadlı idmançıları ücün təşkil etdiyi təlim-məşq toplanışına qatılacaq. Onur bu məqsədlə milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə İsveçin Halmstad şəhərinə yollanıb. "Rising Stars Camp" adlanan toplanış iyunun 1-dən 5-dək davam edəcək. Onur Quluzadə ardınca,  İsveçin Helsinqborq və Norveçin Sandefjord şəhərində keçiriləcək "WTT Youth Contender" turnirlərində mübarizə aparacaq.

Ölkə birinciliyinin qalibləri müəyyənləşib

13 yaşadək stolüstü tennisçilərin ölkə birinciliyinə yekun vurulub. Nəticələrlə tanış olun:

Şəxsi- qızlar
I yer - Trofimenko Sofiya
II yer- Aslanzadə Mehri h
III yer - Mirzəbalayeva  Mehin
III yer - Həbibova Yasəmən
Oğlanlar
I yer - Babayev Vaqif
II yer - Muradov Zərbah
III yer - Yusubov Mirilkin
III yer - Hümbətov Saleh
Qoşa qızlar
I yer - Həbibova Yasəmən- Mirzəbalayeva Mehin
II yer - Aslanzadə Mehri- İnamverdizadə. Banu
III yer - Trofimenko Sofiya - Babazadə Xədicə
III yer - Miradiyeva Alina-Cəfərli Zəhra
Qoşa oğlanlar
I yer - Babayev Vaqif - Muradov Zərbah
II yer - Almədədli Cəfər - Hümbətov Saleh
III yer - Mirzəliyev Əliəkbər - Kərim Camal
III yer - Kamilov Həzrət - Babayev Yunis
Qarışıq qoşa
I yer - Kamilov Həzrət - Babazadə Xədicə
II yer - Almədədli Cəfər - Trofimenko Sofiya
III yer - Babayev Vaqif - Aslanzadə Mehri
III yer - Muradov Zərbah-Banluyeva Minəxanım

Stolüstü tennisçilər beynəlxalq turnirin mükafatını qazanıblar

 

Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "WTT Youth Contender" turnirində fəxri kürsüyə qalxıblar. Seçmə komandamızın üzvləri qarışıq-qoşa mübarizədə bürünc mükafata layiq görulüblər. Qeyd edək ki, mayın 28-də start verilən yarışa mayın 31-də yekun vurulacaq.

Stolüstü tennis üzrə ölkə birinciliyi başlanıb

Bu gün stolüstü tennis üzrə ölkə birinciliyinin startı verilib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 13 yaşadək idmançılar bacarıqlarını göstərirlər. Kütləviliyi ilə seşilən birincilikdə paytaxt təmsilçiləri ilə yanaşı müxtəlif şəhər və rayonların seçmə komandaları, idman klubları, idman məktəblərindən 100-ədək stolüstü tennisçi mübarizəyə qatılıb. “Şüa” İdman Kompleksində şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilən ölkə birinciliyinə mayın 31-də yekun vurulacaq.

Milli komanda Daşkəndə yollanıb

Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda iştirak edəcəklər. Seçmə komanda bu məqsədlə Özbəkistanın paytaxtı Daşkəndə yola düşüb. Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə "WTT Youth Contender" turnirində bacarığinı göstərəcək. Mayın 28-də start veriləcək yarışa mayın 31-də yekun vurulacaq.

8 -dən səhifə 113

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası