Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilər İslam Həmrəyliyi Oyunlarının 1/4 finalında

Qadın stolüstü tennisçilərimiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edirlər. Yarışların ilk günündə Uqanda seçməsinə qalib gələn (8-2) Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komanda bu gün Pakistan idmançılarını məğlubiyyətə uğradıb (8-3). Stolüstü tennisçilər bu nəticə ilə qrup lideri kimi 1/4 finala adlayıblar. Növbəti mərhələdə rəqib Maldiv seçməsi olacaq.

WhatsApp Image 2025 11 09 at 13.53.04

 

Zəfər Gününə həsr olunan stolüstü tennis turniri keçirilib

2014-cü il və kiçik təvəllüdlü stolüstü tennisçilərin Zəfər Gününə həsr olunan Respublika turniri keçirilib. “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarış maraqlı mübarizə ilə yadda qalıb. Nəticələrə əsasən, oğlanlar arasında Əliəkbər Mirzəliyev baş mükafata layiq görülüb. Həzrət Kamilov ikinci, Saleh Hümbətovla Kərim Camal üçüncü yeri tutub. Qızların yarışı Banu İmamverdizadənin qələbəsi ilə nəticələnib. O, finalda Yasəmən Həbibovaya qalib gəlib. Mehin Mirzəbalayeva ilə Nailə Nəzirova üçüncü olub. Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=5#sigFreeId4f649354bc

Stolüstü tennisçilər İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar

WhatsApp Image 2025 10 29 at 11.44.26 imageonline.co merged


Stolüstü tennisçilərimiz  Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər. Seçmə komandamız sayca 6-cı yarışa 6 idmançı ilə qatılacaq. Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bacarığını göstərəcək. Komandamız bugünlərdə “Şüa İdman Kompleksi”ndə təlim-məşq toplanışındadır. İdmançılarımız noyabrın 6-da Səudiyyə Ərəbistanına yola düşəcəklər. Qeyd edək ki, stolüstü tennis yarışları noyabrın 8-dən 13-dək keçiriləcək.

ASTF rəsmiləri ASTB-nin konqresində iştirak ediblər

Xorvatiyanın Zadar şəhərində Avropa Stolüstü Tennis Birliyinin növbəti konqresi keçirilib. Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılovanın da qatıldığı tədbirdə ASTB-yə üzv ölkələrin numayəndələri iştirak ediblər. Konqresdə ali idman qurumunun son bir ildə gördüyü işlər haqqında hesabat dinlənilib, mövcud durum və gələcək fəaliyyət planı müzakirə olunub, müvafiq tapşırıq və tövsiyyələr diqqətə catdırılıb. ASTB rəhbərliyi tərəfindən, məqsədyönlü fəaliyyət göstərən federasiyalara təşəkkür bildirilib, stolüstü tennis idman növünün inkişafı istiqamətində uğurlar arzulanıb.

ASTF "III MDB Oyunları"nda uğurla çıxış edən idmançıları mükafatlandırıb

 

WhatsApp Image 2025 10 03 at 13.20.24
Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova bu gün "III MDB Oyunları"nda uğurlu çıxış edən idmançılarla görüşüb. Seçmə komandanın məşqçi heyətinin də qatıldığı tədbirdə stolustü tennisçiləri yüksək nəticələr münasibəti ilə təbrik edən federasiya rəsmiləri onlara gələcək yarışlarda da uğurlar arzulayıb, lazımi təklif və tövsiyyələrini veriblər.

Ardını oxu...

2 -dən səhifə 112

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası