Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennis üzrə ölkə birinciliyinə yekun vurulub

"Şüa" idman kompleksində keçirilən yarışda U19 və U15 yaş qrupları üzrə idmançılar bacarıqlarını göstəriblər. Aprelin 30-da start verilən birincilikdə komanda, qoşa, qarışıq-qoşa və şəxsi mübarizədə qaliblər müəyyənləşib. Nəticələrə əsasən, 19 yaşadək qızların komanda turniri Sümqayıt-1 kollektivinin qələbəsi ilə başa çatıb. Oğlanların yarışında isə baş mukafata Bakı-1 komandası layiq görulüb.
U-15 yaş dərəcəsində qızların mübarizəsi Sumqayıt-1, oğlanların yarışı Şabran komandasının qələbəsi ilə nəticələnib.
U19 yaş qrupunda mübarizə aparan qızların qoşa yarışında Mərziyyə Nurmətova ilə Aylin Əsgərova birinci olub.
Oğlanların turnirində Adil Əhmədzadə-Rüstəm Hacılı tandemi bütün rəqiblərini üstələyib.
Qarışıq-qoşa mübarizədə Adil Əhmədzadə ilə Nigar Mahmudova birinci yer tutub.
Şəxsi yarışlarda isə Mərziyyə Nurmətova və Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
U15 yaş dərəcəsində
qoşa yarışlardan Yağmur Məmmədli – Xədicə Eylazova  və Onur Quluzadə - Əliəkbər Mirzəliyev dueti qalib ayrılıb.
Qarışıq-qoşa turnirdə Onur Quluzadə ilə Yağmur Məmmədli qələbə qazanıb.
 Yağmur Məmmədli ilə Onur Quluzadə şəxsi yarışların da qalibi adını qazanıb.
Fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub.

Ölkə birinciliyində komanda yarışları başa catıb

Stolüstü tennis üzrə ölkə birinciliyində komanda yarışlarına yekun vurulub.  "Şüa" idman kompleksində keçirilən yarışda 2006-2009-cu il, 2010-cu il və daha kiçik təvəllüdlü idmançılar iştirak ediblər. Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən, 19 yaşadək qızlar arasında Sümqayıt-1 kollektivi 1-ci yeri tutub. Bakı-1 ikinci, Şabran və Sumqayıt-2 üçüncü pillədə qərarlaşıb.
19 yaşadək oğlanların yarışında baş mukafata Bakı-1 komandası layiq görulüb. Sumqayıt kollektivi ikinci, Şabran və Bakı-2 üçüncü yeri tutub.
U-15 yaş dərəcəsində qızların mubarizəsi Sumqayıt-1 komandasının qələbəsi ilə nəticələnib. Bakı-1 ikinci, Sumqayıt-2 və Sumqayıt-3 üçuncü pillədə yer alıb.
15 yaşadək oğlanların yarışından isə Şabran idmançıları qalib ayrılıblar. Bakı-1 ikinci, Sumqayıt-1 və Sumqayıt-2 komandası üçuncü yeri tutub.

Stolüstü tennis üzrə ölkə birinciliyi keçiriləcək

Aprelin 30-da stolüstü tennis üzrə ölkə birinciliyinə start veriləcək. "Şüa" idman kompleksində keçiriləcək yarışda U19 və U15 yaş qruplarında idmançılar iştirak edəcəklər. Azərbaycan birinciliyinin qalib və mükafatçıları mayın 3-də müəyyənləşəcək.

Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçısı olub


Stolüstü tennisçi Onur Quluzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “WTT Youth Contender” turnirinin mükafatını qazanıb. Qrup mərhələsində yerli idmançı Nidal Basiç və almaniyalı Pol Flemminq üzərində inamlı qələbələrlə növbəti mərhələyə lider kimi adlayan Onur, 1/16 finalda Rumıniya təmsilçisi Raul Kreuçunu, ardınca Almaniya idmançısı Tien Nhia Ponqu məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Finala çıxış uğrunda görüşdə isə daha bir almaniyalı rəqibi Lukas Vanqa 2-3 hesabı ilə uduzan Onur Quluzadə yarışın bürünc medalına layiq görülüb.

Stolüstü tennisçilər Sarayevoya yollanıblar

Stolüstü tennisçilər Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək "WTT Youth Contender" turnirində iştirak edəcəklər. Budəfəki yarışda seçmə komandanın 6 üzvü bacarığını göstərəcək. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq. Aprelin 22-də start veriləcək yarışa aprelin 25-də yekun vurulacaq.

9 -dən səhifə 112

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası