Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçimiz Çində hazırlıq keçəcək

WhatsApp Image 2026 01 16 at 14.14.09

Stolüstü tennisçi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Seçmə komandamızın üzvü, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, yanvarın 17-dən 27-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazası hesab olunur. Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Stolüstü tennis üzrə milli komandanın məşqçisi mənzillə təmin olunub

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə idmanın inkişafında xidmətləri olan idmançıları və idman mütəxəssislərini mükafatlandırıb. Onların sırasında stolüstü tennis üzrə milli komandanın məşqçisi, Əməkdar məşqçi Ramil Cəfərov da olub. Dövlətimizin başçısı, təcrübəli mütəxəssisə idmanın inkişafındakı xidmətlərinə görə mənzil hədiyyə edib. Azərbaycan idmanına və idmançılarına verilən yüksək dəyərə, göstərilən daimi diqqət və qayğıya görə cənab Prezidentə təşəkkür edir, çətin və şərəfli işində yeni-yeni uğurlar arzulayırıq!

WhatsApp Image 2025 12 26 at 14.52.10

Stolüstü tennisçimiz beynəlxalq toplanışda

Xədicə Babazadə Avropa Stolüstü Tennis Birliyinin təşkil etdiyi “ETTU Eurotalents Selection camp” toplanışında iştirak edəcək. İstedadlı idmançı seçmə komandanın məşqçisi Səbinə Əzizlinin müşaiyəti ilə Xorvatiyaya yola düşüb. Vrsar şəhərində təşkil olunacaq təlim-məşq toplanışında qitənin ən istedadlı stolüstü tennisçiləri təcrübəli mütəxəssislərin rəhbərliyi ilə fiziki, texniki və taktiki hazırlıq keçəcəklər. Beynəlxalq təlim-məşq toplanışına dekabrın 23-də yekun vurulacaq. Qeyd edək ki, “ETTU Eurotalents Development Camp” layihəyəsi xüsusi istedadı və davamlı nəticələri ilə seçilən yeniyetmə stolüstü tennisçilərin hazırlığını təkmilləşdirmək məqsədi daşıyır.

WhatsApp Image 2025 12 17 at 12.45.06

Stolüstü tennisçilər Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar

Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına qatılacaqlar. Seçmə komandamızın üzvləri – Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova və Nigar Mahmudova bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. İdmançılarımız baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında dekabrın 15-dən etibarən yerli komanda ilə birgə hazırlıq keçəcəklər. BƏƏ Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə Şarja şəhərində təşkil olunacaq təlim-məşq toplanışına dekabrın 24-də yekun vurulacaq.

WhatsApp Image 2025 12 15 at 11.21.15

Veteran stolüstü tennisçilər arasında turnir keçirilib

Veteran stolüstü tennisçilər növbəti turnirdə bacarıqlarını göstəriblər. Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının təşkil etdiyi ənənəvi yarışa 70-ə yaxın idmançı qatılıb. Qadınların mübarizəsi Tatyana Aliulinanın qələbəsi ilə nəticələnib. Svetlana Kayumova ikinci, Nərgiz Daşdəmirova üçüncü olub. 40-49 yaşlı kişilərin yarışında
Vaqif Məmmədov qələbə qazanıb. Mahir Cəbiyev ikinci, Orxan Əliyev üçüncü yerdə qərarlaşıb. Elşad Vahidov 50-59 yaşlıların mübarizəsində birinci olub. Mükafata layiq digər yerləri Yaşar Mövlanovla Əli Heydərli tutub. 60-69 yaşlılar arasında İlham Ağayev qələbə çalıb. O, finalda Qulu Quliyevi məğlub edib. Üçüncü yerə Məzahir Həsənov layiq görülüb. Muxtar Ağazadə isə 70+ yaş dərəcəsində bütün rəqiblərini üstələyib. Zirəddin Mövlayev ikinci, Firudin Hüseynov üçüncü yeri tutub. Fərqlənən iştirakçılara diplom və pul mükafatı təqdim olunub.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=20#sigFreeIde35c0d3222

5 -dən səhifə 117

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası