Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərimiz Bolqarıstana yollanıblar

2023 05 14
Stolüstü tennisçilərimiz dünya seriyalı növbəti “WTT Youth Contender” turnirində iştirak edəcəklər. Mayın 15-dən 21-dək Bolqarıstanın Panaqyurişte şəhərində keçiriləcək yarışda 11 idmançımız bacarığını göstərəcək. Məşqçilər Fərhad İsmayılov, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə oğlanlardan Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə qələbə uğrunda mübarizə aparacaq. Qizların turnirində isə Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsqərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaq.

"Heydər Əliyev ili"nə töhfə olaraq yeni stolüstü tennis zalı istifadəyə verilib

 

Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən "Heydər Əliyev ili"nə töhfə olaraq Masallı şəhərində yeni idman zalı istifadəyə verilib.
Əvvəlcə Ulu öndərin rayon mərkəzindəki abidəsini ziyarət edən tədbir iştirakçıları onun xatirəsinə dərin ehtiramlarını bildiriblər. Açılış mərasimində çıxış edən Masallı Rayonunun İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkilləri Məşhur Məmmədov, Cavanşir Paşazadə, ASTF-nin vitse-prezidenti Elmar İslam, AGİN-in əməkdaşı Əliniyaz Mirzəyev və güləş üzrə Avropa çempionatının mukafatçısı Yasəmən Məcidli tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Bölgələrdə idmanın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür ifadə olunub, bu cür tədbirlərin idmanın inkişafına təkan verəcəyi vurğulanıb. Ardınca tədbir iştirakçıları yeni stolüstü tennis zalı ilə tanış olublar.
Zalın əsas hissəsində 6 tennis stolu, eləcə də bədən tərbiyyəsi ilə məşğul olmaq üçün müxtəlif avadanlıqlar mövcuddur. Stolüstü tennis zalı əsasən yeniyetmə və gənclərin bu idman növü ilə məşğul olması üçün nəzərdə tutulsa da, böyüklər, təqaüdçülər eləcə də bu idman növünə marağı olan başqa şəxslər də asudə vaxtlarında zalın imkanlarından yararlana bilərlər. Gələcəkdə zalda zona yarışları, respublika səviyyəli turnirlər, təlim məşq toplanışlarının da keçirilməsi planlaşdırılır.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=15#sigFreeId2551bf4aee

 

Stolüstü tennis üzrə “Top-8” turnirinə yekun vurulub

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan "Top-8" ölkə turniri maraqlı mübarizə ilə yadda qalıb. "Şüa" idman kompleksində təşkil olunan şəxsi xarakterli yarışda kişilərdən Adil Əhmədzadə, Vəzir Allahverdiyev, Nihad Məmmədov, İbrahim Ansari, Xəyal Həşimli, Hilal Həsənov, Rüstəm Hacılı və Əliverdi Şahgəldiyev, qadınlardan isə Məryəm İmanova, Mərziyyə Nurmətova, Rüfət Əliyeva, Aylin Əsgərova, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Billurə Eminova və Arzu Aslanova bacarığını göstərib. Kişilərin həlledici görüşündə Adil Əhmədzadəni məğlub edən Hilal Həsənov baş mükafata layiq görülüb. Vəzir Allahverdiyev üçüncü yeri tutub. Qadınların final qarşılaşmasında isə Mərziyyə Nurmətovaya qalib gələn Məryəm İmanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk üçlüyü Aylin Əsgərova qapayıb.
Qeyd edək ki, "Top-8" turnirində son ölkə kuboku yarışını ilk 8-likdə başa vuran idmançılar iştirak ediblər. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=15#sigFreeIdf40d4e54e1

Stolüstü tennisçilərimiz mükafatlandırılıb

 

Azərbaycan Stolüstü Tennis Federasiyasında Avropa Stolüstü Tennis İttifaqının Xorvatiyanın Osiyek şəhərində keçirilən “Europe youth series” turnirinin mükafatçıları ilə görüş keçirilib.
ASTF-nin vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova Osiyek sınaqlarında inamlı çıxış edən idmançılar - Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov, həmçinin milli komandanın məşqçiləri Mixail Timofeyev, Elnur Hidayətzadə, şəxsi məşqçilər Səbinə Əzizli və Zakir Cavadovu təbrik edərək onlara gələcək yarışlarda da uğurlar arzulayıb. Seçmə komandanın üzvlərinə və məşqçilərə ASTF tərəfindən mükafatlar təqdim olunub. Xatırladaq ki, U-13 seçməmiz sözügedən yarışda ikinci, Onur Quluzadə şəxsi turnirdə, Yağmur Məmmədli - Xədicə Eylazova, Onur Quluzadə - Tunar Bağırov tandemi isə qoşa yarışlarda 3-cü yeri tutub.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=15#sigFreeId207cb28eff

Stolüstü tennisçilərimiz Xorvatiyada 4 medal qazanıblar


Stolüstü tennisçilərimiz Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirinin son günündə daha 3 medal qazanıblar. Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın şəxsi turnirində Xorvatiya, Sloveniya, Serbiya və Yunanıstan idmançılarına qalib gələn U-13 millimizin üzvü Onur Quluzadə yarımfinalda almaniyalı rəqibinə 2-3 hesabı ilə uduzaraq bürünc mükafata layiq görülüb. Yağmur Məmmədli - Xədicə Eylazova, Onur Quluzadə - Tunar Bağırov tandemi isə qoşa yarışlarda 3-cü yeri tutub. Xatıradaq ki, yarışın ilk günlərində mübarizə aparan U-13 seçməmiz komanda turnirində gümüş mükafata sahib çıxmışdı.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=15#sigFreeId0ede09365e

4 -dən səhifə 78

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası