Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennis üzrə Ölkə kuboku turniri keçirilir

Stolüstü tennisçilər Ölkə kuboku turnirində bacarıqlarını göstərirlər. Bu gün start götürən yarışda paytaxt Bakı ilə yanaşı müxtəlif şəhər və rayonları təmsil edən idmançılar mübarizə aparırlar. “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışın açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və qurumun baş katibi Könül Mikayılova onlara uğurlar arzulayıb. Federasiya rəsmiləri həmçinin VI İslam Həmrəyliyi Oyunlarında qazanılan nailiyyətdən söz açıb, yarışın bürünc mükafatçıları Adil Əhmədzadə, Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovanı təbrik ediblər. Ardınca meydan idmançıların ixtiyarına verilib. Budəfəki Ölkə kuboku turnirinə 14 və 18 yaşadək stolüstü tennisçilər qatılıblar. 4 gün davam edəcək yarışda komanda, şəxsi, qoşa, və qarışıq qoşa növlərində qalib və mükafatçılar müəyyənləşəcək. Fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları və Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.

 

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=45#sigFreeId826b980dfa

İslamiadanın mükafatçıları Vətənə qayıdıblar

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edən stolüstü tennisçilər bu gün Vətənə qayıdıblar. Seçmə komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Stolüstü Tennis Federasiyasının nümayəndələri, media mənsubları və idmançıların doğmaları qarşılayıb. Qeyd edək ki, stolüstü tennisçilər Ər-Riyad sınaqlarını iki bürünc mukafatla başa vurublar. Adil Əhmədzadə ilə Mərziyyə Nurmətova qarışıq qoşa növündə, Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət seçmə isə komanda yarışlarında fəxri kürsunün üçuncü pilləsində yer alıb.

 

WhatsApp Image 2025 11 16 at 11.43.43

Stolüstü tennisçilər İslamiadada daha bir mükafat qazanıblar

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir. Seçmə komandamızın üzvləri bu gün daha bir mükafata layiq görülüblər. Qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb. Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komandamız yarışın bürünc mükafatına layiq görülmüşdü.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=45#sigFreeIda24bca68fb

Stolüstü tennisçilər İslam Həmrəyliyi Oyunlarının bürünc mukafatını qazanıblar

Qadın stolüstü tennisçilərimiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üçuncü yeri tutublar.  Komanda yarışlarının qrup mərhələsində Uqanda və Pakistan, 1/4 finalda isə Maldiv seçməsinə qalib gələn Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komanda bu gün yarımfinalda Misir seçməsi ilə qarşılaşıb. Görüş 8-5 hesabı ilə Afrika təmsilçisinin xeyrinə nəticələnib. Beləliklə stolüstü tennisçilərimiz komanda yarışlarını bürünc mukafatla başa vurublar.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/?start=45#sigFreeId6a5a6c79a0

Stolüstü tennisçilər İslam Həmrəyliyi Oyunlarının 1/4 finalında

Qadın stolüstü tennisçilərimiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edirlər. Yarışların ilk günündə Uqanda seçməsinə qalib gələn (8-2) Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komanda bu gün Pakistan idmançılarını məğlubiyyətə uğradıb (8-3). Stolüstü tennisçilər bu nəticə ilə qrup lideri kimi 1/4 finala adlayıblar. Növbəti mərhələdə rəqib Maldiv seçməsi olacaq.

WhatsApp Image 2025 11 09 at 13.53.04

 

10 -dən səhifə 121

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası