Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərimiz Çinə yollanıblar

Yeniyetmə stolüstü tennisçilərimizi qarşıda daha bir ciddi sınaq gözləyir. Seçmə komandamız bu ay Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa birinciliyində mübarizə aparacaq. İdmançılarımız məsul yarışa hazırlığı plan üzrə davam etdirirlər. Bunadək bir neçə beynəlxalq yarış və təlim-məşq toplanışına qatılan idmançılarımız yarış ərəfəsində Çinin Şanxay şəhərində təşkil olunan toplanışda iştirak edəcəklər. Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı seçmə komandanın məşqçiləri Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə mayın 9-dan 17-dək Şanxay Stolüstü Tennis Mərkəzində hazırlıq keçəcək. Qeyd edək ki, Avropa birinciliyinə mayın 22-də start veriləcək.

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Bu gün yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə birinciliyinə yekun vurulub. Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışın son günündə şəxsi, qoşa və qarışıq qoşa növlərində qalib və mükafatçılar müəyyənləşib.
2005-2008-ci il təvəllüdlü idmançıların şəxsi yarışından Aylin Əsgərova ilə Adil Əhmədzadə qalib ayrılıb. 2009-cu il və daha kiçik yaşlı stolüstü tennisçilər arasında isə Yağmur Məmmədli və Onur Quluzadə ölkə çempionu adını qazanıb.
2005-2008-ci il təvəllüdlülərin qoşa yarışında Aysu Ağayeva – Aylin Əsgərova və Adil Əhmədzadə - Rüstəm Hacılı tandemi qələbə çalıb.
2009-cu il və daha kiçik idmançlıar arasında isə Şəbnəm Mansurova – Aynur Ağayeva və Onur Quluzadə - Ömər Aslanlı cütü bütün rəqiblərinə qalib gəlib.
Nəhayət, qarışıq-qoşa yarışlarında 2005-2008-ci il təvəllüdlülərdən Tahir Qubadovla Mərziyyə Nurmətova, 2009-cu il və daha kiçik yaş qrupunda isə Onur Quluzadə ilə Yağmur Məmmədli çempion adına layiq görülüb.
Xatırladaq ki, mayın 1-də start verilən ölkə birinciliyinin ilk günündə iştirakçılar komanda yarışlarında bacarıqlarını göstərmişdilər. Nəticələrə əsasən 2005-2008-ci il təvəllüdlu qızlar arasında Sumqayıt, oğlanlar arasında Bakı 1 kollektivi 1-ci yeri tutmuşdu.
2009-cu il və daha kiçik təvəllüdlu qızların mubarizəsindən Bakı 1 , oglanların mubarizəsindən isə Şabran komandası qalib ayrılmışdı.
Fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam, baş katibi Könül Mikayılova və Azərbaycan Gənclər və İdman Nazirliyinin idman səfiri, tanınmış taekvondoçu Fəridə Əzizova tərəfindən AGİN-in diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunub.

Stolüstü tennis üzrə ölkə birinciliyi başlanıb

Bu gün yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə birinciliyinə start verilib. Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışın açılış mərasimində idmançıları salamlayan ASTF-nin vitse-prezidenti Elmar İslam və Gənclər və idman nazirliyi tərəfindən idman səfiri seçilən tanınmış taekvondoçu Fəridə Əzizova onlara uğurlar arzulayıb. Budəfəki yarışda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar bacarıqlarını göstərirlər. “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda iki yaş qrupunda – 2005-2008 və 2009 və daha kiçik təvəllüdlü stolüstü tennisçilər arasında çempionlar müəyyənləşəcək. İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində qüvvələrini sınayacaqlar. Bu gün keçirilən komanda yarışının nəticəsinə görə 2005-2008-ci il təvəllüdlu qızlar arasında Sumqayıt, oğlanlar arasında Bakı 1 kollektivi 1-ci yeri tutub.
2009-cu il və daha kiçik təvəllüdlu qızların mubarizəsindən Bakı 1 , oglanların mubarizəsindən isə Şabran komandası qalib ayrılıb.
Qeyd edək ki, mayın 4-də yekunlaşacaq birincilikdə fərqlənən idmançılara Gənclər və idman nazirliyinin diplom və medalları, həmçinin, ASTF-nin mükafatları təqdim olunacaq.

Stolüstü tennisçimiz beynəlxalq yarışın qalibi olub

Stolüstü tennisçimiz Onur Quluzadə daha bir beynəlxalq yarışda etimadı doğrudub. Qitənin ən istedadlı idmançılarından sayılan Onur Fransanın Mets şəhərində keçirilən “WTT Youth Contender” turnirində qızıl medala layiq görülüb. Seçmə komandamızın üzvü məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə qatıldığı yarışın ilk mərhələsində ardıcıl olaraq iki Fransa, Ukrayna və Monqolustan idmançılarına qalib gələrək qrup lideri kimi pley-offa yüksəlib. 1/4 və 1/2 finalda fransalı rəqiblərini mübarizədən kənarlaşdıran stolüstü tennisçimiz finalda İspaniya idmançısına da qalib gələrək “WTT Youth Contender” turnirinin baş mükafatını qazanıb. Xatırladaq ki, Onur Quluzadə aprelin 24-də Belçikanın Spa şəhərində təşkil olunan anoloji yarışda 3-cü yeri tutmuşdu.

Stolüstü tennisçimiz Belçikada medal qazanıb

Stolüstü tennisçimiz Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində mükafatçılar sırasına yüksəlib. Seçmə komandamızın üzvü məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə qatıldığı yarışın qrup mərhələsində Fransa, Belçika, Portuqaliya və Ukrayna idmançılarına 3-0 hesabı ilə qalib gələrək pley-offa lider kimi adlayıb. 1/8 finalda belçikalı Noa Varranda 3-1, ardınca ispaniyalı Ladimir Mayorova 3-2 hesabı ilə qalib gələn Onur yarımfinalda fransalı Nolan Constona 2-3 hesabı ilə uduzaraq turnirin bürünc medalı ilə kifayətlənib. Qeyd edək ki, bu, istedadlı idmançının cari ildə beynəlxalq yarışlarda qazandığı 6-cı mükafatdır.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası