Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Stolüstü tennisçilərin ölkə turniri başa çatıb

Sumqayıt şəhərində 2014-cü il təvəllüdlu və daha azyaşlı stolüstü tennisçilərin ölkə turniri keçirilib. “Qarabağ NN” klubunda təşkil olunan yarışda Bakı, Sumqayıt, Salyan, Şirvan, Şəki və Şabran idmançıları bacarıqlarını göstəriblər. 100-ə yaxın stolüstü tennisçinin qatıldığı turnir şəxsi xarakter daşıyıb. Gərgin və maraqlı mübarizənin nəticəsinə görə oğlanlar arasında Əliəkbər Mirzəliyev 1-ci, Cəfər Almədədli 2-ci, Saleh Hümbətovla Camal Kərim 3-cü yeri tutub. Qızların yarışı Mehri Aslanzadənin qələbəsi ilə nəticələnib. O, finalda Nailə Nəzirovaya qalib gəlib. Mehin Mirzəbalayeva ilə Zəhra Cəfərli 3-cü olub. Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim edilib.

Stolüstü tennisçilər Finlandiyaya yollanıblar

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər. Ənənəvi “Finlandiya Open” turnirində seçmə komandamızın 12 üzvü bacarığını göstərəcək. Baş məşqçi Mixail Timofeyev və məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə, Hilal Həsənov, Vəzir Allahverdiyev, Nihad Məmmədov, Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaq. Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə iki yaş qrupu üzrə keçiriləcək yarışın oyunlarını idarə edəcək. Sabah Lohja şəhərində start veriləcək “Finlandiya Open”ə dekabrın 8-də yekun vurulacaq.

Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışında

10 yaşadək stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına cəlb olunublar. Ugurlu gələcək vəd edən istedadlı idmançılar bu dəfə Xaçmaz Olimpiya İdman Kompleksində bir araya gəliblər. Onlar bu gündən noyabrın 24-dək, məşqçilər Billurə Eminova, Qulu Quliyev və İsmayıl Mirzəyevin rəhbərliyi ilə hazırlıq prosesində iştirak edəcəklər. Təlim-məşq toplanışı stolüstü tennisçilərin bacarıqlarını təkmilləşdirmək və  onlara peşəkar idmançı vərdişlərini aşılamaq məqsədi daşıyır.

Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışında

Stolüstü tennisçilərimiz qarşıdakı beynəlxalq yarışlara hazırlığı davam etdirirlər. Bugünlərdə seçmə komandanın 8 üzvü Çində təlim-məşq toplanışındadır. Daha 12 idmançı isə, bu məqsədlə Türkiyəyə yollanıb. Hilal Həsənov, Vəzir Allahverdiyev, Nihad Məmmədov, Rüstəm Hacılı, Adil Əhmədzadə, Hüseyn Eylazov, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Səbinə Məmmədova, Xədicə Əbilzadə, Nigar Mahmudova və Aysu Ağayeva noyabrın 22-dək, baş məşqçi Fərhad İsmayılov, məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Yalova şəhərində yerləşən “Masa Tennisi Salonu” kompleksində hazırlıq keçəcək. Stolüstü tennisçilər toplanış çərçivəsində həmçinin, İstanbul və Bursa şəhərlərində yoldaşlıq turnirlərində bacarıqlarını göstərəcəklər.

Stolüstü tennisçilər Çinə yollanıblar

Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışında iştirak edəcəklər. Seçmə komandamızın üzvlər bu məqsədlə Çin Xalq Respublikasına yollanıblar. Şəbnəm Mansurova, Banu Baytallı, Onur Quluzadə və Tunar Bağırov baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Şanxay şəhərində, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli isə, məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Hebey şəhərində yerləşən stolüstü tennis mərkəzində hazırlıq keçəcək. Təlim-məşq toplanışları noyabrın 27-də yekunlaşacaq.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası