Elan

photos

Fotoqalereya

video pic2

Facebook səhifəmiz

Milli komanda Daşkəndə yollanıb

Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda iştirak edəcəklər. Seçmə komanda bu məqsədlə Özbəkistanın paytaxtı Daşkəndə yola düşüb. Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə "WTT Youth Contender" turnirində bacarığinı göstərəcək. Mayın 28-də start veriləcək yarışa mayın 31-də yekun vurulacaq.

Stolüstü tennisçilər Çinə yollanıblar

Stolüstü tennisçilər daha bir beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər. Seçmə komandamızın üzvləri bu gün Çin Xalq Respublikasına yola düşüblər. Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Nihad Məmmədov, Hilal Həsənov və Vəzir Allahverdiyev baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə mayın 19-dan 30-dək Hebeydə yerləşən stolüstü tennis mərkəzində hazırlıq keçəcək. Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Ölkə çempionları müəyyənləşib


Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub.
Nəticələr:
Komanda kişilər
I yer - Bakı-1
II yer - Bakı-2
III yer - Bakı-3; Şabran
Qadınlar
I yer - Sumqayıt-1
II yer- Bakı-1
III yer - Bakı-2; Sumqayıt-2
Qoşa:
Qadınlar
I yer - Əsgərova Aylin - Nurmətova Mərziyyə
II yer - Abdulhəmidova Ləman - Mikayılova Zemfira
III yer - Əbilzadə Xədicə - Mansurova Şəbnəm ; İmanova Məryəm - Mahmudova Nigar
Kişilər
I yer - Allahverdiyev Vəzir - Quluzadə Onur
II yer - Hacılı Rüstəm - Əhmədzadə Adil
III yer - Həsənov Hilal - Məmmədov Nihad ;Şahgəldiyev Əliverdi-Həşimli Xəyal;
Qarışıq qoşa:
I yer - Allahverdiyev Vəzir - Mikayılova Zemfira
II yer - Quluzadə Onur - Məmmədli Yağmur
III yer - Məmmədov Nihad - Abdulhəmidova Ləman ; Hacılı Rüstəm - Əsgərova Aylin
Şəxsi:
Qadınlar
I yer - Nurmətova Mərziyyə
II yer - Mikayılova Zemfira
III yer- İmanova Məryəm, Əsgərova Aylin
Kişilər
I yer - Quluzadə Onur
II yer - Həsənov Hilal
III yer - Məmmədov Nihad, Əhmədzadə Adil

Ölkə çempionatında ilk qaliblər məlum olub

“Şüa” İdman Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir. Artıq komanda yarışlarında qalib və mükafatçılar məlumdur. Kişilərin mübarizəsi “Bakı-1” komandasının qələbəsi ilə yekunlaşıb. “Bakı-2” ikinci, “Bakı-3” və “Şabran” kollektivləri üçüncü yeri tutub. Qadınların yarışından “Sumqayıt-1” komandası qalib ayrılıb. “Bakı-1” ikinci, “Bakı-2” və “Sumqayıt-2” komandaları üçüncü pillədə qərarlaşıb. Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər. Yarışa mayın 17-də yekun vurulacaq.

Azərbaycan çempionatına start verilib

Bu gün stolüstü tennis üzrə Azərbaycan çempionatı başlanıb. “Şüa” İdman Kompleksində keçirilən yarışda paytaxt idmançıları ilə yanaşı digər şəhər və rayonların stolüstü tennisçiləri 4 gün ərzində qüvvələrini sınayacaqlar. AGİN və ASTF-nin birgə təşkil etdiyi budəfəki çempionatda da komanda, şəxsi, qoşa və qarışıq qoşa mübarizədə qalib və mükafatçılar müəyyənləşəcək. Nəticələrə əsasən seçmə komandanın heyətinə cəlb olunacaq idmançılar beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər. Azərbaycan çempionatına mayın 17-də yekun vurulacaq.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası