Stolüstü tennisçilər Gürcüstana yollanıblar

Yeniyetmə stolüstü tennisçilər Gürcüstanda keçiriləcək beynəlxalq yarışda iştirak edəcəklər. Seçmə komandanın üzvləri Sofiya Trofimenko, Mehin Mirzəbalayeva, Xədicə Babazadə, Yasəmən Həbibova, Mehri Aslanzadə, Zərbah Muradov, Vaqif Babayev, Mirilkin Yusubov, Əliəkbər Mirzəliyev və Cəfər Almədədli məşqçilər Elnur Hidayətzadə və Billurə Eminovanın rəhbərliyi ilə Batumidə keçiriləcək "WTT Youth Contender" turnirində mübarizə aparacaqlar. Sabah start veriləcək yarışa sentyabrın 21-də yekun vurulacaq.

Stolüstü tennisçilər növbəti beynəlxalq yarışa qatılacaqlar

Stolüstü tennisçilər bu gün Türkiyəyə yollanıblar. Seçmə komandamızın üzvləri Hilal Həsənov, Nihad Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli məşqçilər Ramil Cəfərovla Səbinə Əzizlinin rəhbərliyi ilə “WTT Feeder Cappadocia” turnirində iştirak edəcəklər. Sabah startı veriləcək beynəlxalq yarışa sentyabrın 20-də yekun vurulacaq.

Stolüstü tennisçilər Türkdilli Dövlətlərin Universiadasında gümüş medala layiq görulüblər

 

 

Stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Abulhəmidova Qırğızıstanın Çolpan-Ata şəhərində təşkil olunan Türkdilli Dövlətlərin Universiadasında gümüş medal qazanıblar. Komanda yarışlarında Qırğızıstan idmançılarına 3-0, Qazaxıstan təmsilçilərinə 3-1 hesabı ilə qalib gələn Mikayilova-Abdulhəmidova tandemi, finalda türkiyəli rəqiblərinə 1-3 hesabı ilə uduzaraq ikinci yeri tutub. Qeyd edək ki, sayca üçuncu olan Universiadaya sentyabrın 9-da yekun vurulacaq.

Stolüstü tennisçilər Türkdilli Dövlətlərin Universiadasında iştirak edəcəklər

Stolüstü tennisçilər bu gün Qırğızıstana yollanıblar. Seçmə komandanın üzvləri Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Amin Oruczadə və Tural Mirzəyev baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə sözügedən yarışda qələbə uğrunda mübarizə aparacaq. Çolpan-Ata şəhərində təşkil olunacaq Universiadaya sabah start veriləcək. Yarışa sentyabrın 9-da yekun vurulacaq.

Stolüstü tennisçilər Çinə yollanıblar

 Stolüstü tennisçilər Çinə təlim-məşq toplanışına yollanıblar. Çin Xalq Respublikasının Hebey əyalətinin Zenq Dinq şəhərində təşkil olunacaq toplanışda iki heyət iştirak edəcək. Adil Əhmədzadə, Rüstəm Hacılı, Hilal Həsənov, Onur Quluzadə, Nihat Məmmədov, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Yağmur Məmmədli, Zemfira Mikayılova və Ləman Abdulhəmidova avqustun 3-dən 18-dək seçmə komandanın baş məşqçisi Mixail Timofeyev və məşqçilər Ramil Cəfərovla Səbinə Əzizlinin rəhbərliyi ilə hazırlıq keçəcək.

3-13 avqust tarixlərində isə yeniyetmə stolüstü tennisçilər Cəfər Almədədli, Ələkbər Mirzəliyev, İsgəndər İsgəndərov, Həzrət Kamilov, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Banu İmanverdizadə və Nailə Nəzirova məşqçilər Gülnarə İbrahimova, Billurə Eminova və Zakir Cavadovun rəhbərliyi ilə Zenq Dinq şəhərində təlim-məşq toplanışında olacaqlar.

 

 

Stolüstü tennissçilər Skopyeyə yollanıblar

Stolüstü tennisçilər Şəbnəm Mansurova ilə Uğur Nəzərli Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcəklər. Seçmə komandanın üzvləri bu gün yarışın təşkil olunacağı Şimali Makedoniyanın Skopye şəhərinə yola düşüblər. Onlar məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə bacarıqlarını göstərəcəklər. Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalının stolüstü tennis yarışları 22-26 iyul tarixlərində Skopyedə keçiriləcək. Azərbaycan bu yarışda ümumilikdə 10 növ üzrə 52 idmançı ilə təmsil olunacaq.

Stolüstü tennisçilər Universiadada mübarizə aparacaqlar

Stolüstü tennisçilər daha bir mötəbər yarışda ölkəmizi təmsil edəcəklər. Almaniyada təşkil olunacaq Ümumdünya Universitet Oyunlarında seçmə komandanın üzvləri Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nigar Mahmudova, Nihad Səmədzadə, Amin Oruczadə və Tural Mirzəyev bacarığını göstərəcək. İyulun 16-da başlanacaq yarışa iyulun 24-də yekun vurulacaq. Stolüstü tennisçilər Essen şəhərində keçiriləcək yarışda mübarizəyə iyulun 17-də qoşulacaqlar. Qeyd edək ki, Azərbaycan Ümumdünya Universitet Oyunlarında 12 idman növü üzrə 71 idmançı ilə təmsil olunacaq.

Stolüstü tennisçilər Avropa birinciliyində iştirak edəcəklər

Iyulun 11-də Çexiyanın Ostrava şəhərində yeniyetmə və gənc stolüstü tennisçilərin Avropa birinciliyi start götürəcək. Seçmə komandamız mötəbər yarışa 6 idmançı ilə qatılacaq. Söhbət  Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadədən gedir. Onlar baş məşqçi Mixail Timofeyev və məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında bacarıqlarını göstərəcəklər. Seçmə komandamız bu gün yarışın keçiriləcəyi Ostrava şəhərinə yola düşüb. Avropa çempionatına iyulun 20-də yekun vurulacaq.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası