Stolüstü tennissçilər Skopyeyə yollanıblar

Stolüstü tennisçilər Şəbnəm Mansurova ilə Uğur Nəzərli Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcəklər. Seçmə komandanın üzvləri bu gün yarışın təşkil olunacağı Şimali Makedoniyanın Skopye şəhərinə yola düşüblər. Onlar məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə bacarıqlarını göstərəcəklər. Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalının stolüstü tennis yarışları 22-26 iyul tarixlərində Skopyedə keçiriləcək. Azərbaycan bu yarışda ümumilikdə 10 növ üzrə 52 idmançı ilə təmsil olunacaq.

Stolüstü tennisçilər Universiadada mübarizə aparacaqlar

Stolüstü tennisçilər daha bir mötəbər yarışda ölkəmizi təmsil edəcəklər. Almaniyada təşkil olunacaq Ümumdünya Universitet Oyunlarında seçmə komandanın üzvləri Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nigar Mahmudova, Nihad Səmədzadə, Amin Oruczadə və Tural Mirzəyev bacarığını göstərəcək. İyulun 16-da başlanacaq yarışa iyulun 24-də yekun vurulacaq. Stolüstü tennisçilər Essen şəhərində keçiriləcək yarışda mübarizəyə iyulun 17-də qoşulacaqlar. Qeyd edək ki, Azərbaycan Ümumdünya Universitet Oyunlarında 12 idman növü üzrə 71 idmançı ilə təmsil olunacaq.

Stolüstü tennisçilər Avropa birinciliyində iştirak edəcəklər

Iyulun 11-də Çexiyanın Ostrava şəhərində yeniyetmə və gənc stolüstü tennisçilərin Avropa birinciliyi start götürəcək. Seçmə komandamız mötəbər yarışa 6 idmançı ilə qatılacaq. Söhbət  Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadədən gedir. Onlar baş məşqçi Mixail Timofeyev və məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında bacarıqlarını göstərəcəklər. Seçmə komandamız bu gün yarışın keçiriləcəyi Ostrava şəhərinə yola düşüb. Avropa çempionatına iyulun 20-də yekun vurulacaq.

Stolüstü tennisçimiz Çində hazırlıq keçəcək

Stolüstü tennisçi Onur Quluzadə iyunun 18-dən etibarən növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıb. Seçmə komandamızın üzvü, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, iyulun 5-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandasının bazası hesab olunur. Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Seçmə komandamızın üzvləri mütəmadi olaraq Çində təşkil olunan anoloji hazırlıq proseslərinə qatılırlar.

Stolüstü tennisçimiz İsveçə yollanıb

Seçmə komandanın üzvü Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının dünyanın ən istedadlı idmançıları ücün təşkil etdiyi təlim-məşq toplanışına qatılacaq. Onur bu məqsədlə milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə İsveçin Halmstad şəhərinə yollanıb. "Rising Stars Camp" adlanan toplanış iyunun 1-dən 5-dək davam edəcək. Onur Quluzadə ardınca,  İsveçin Helsinqborq və Norveçin Sandefjord şəhərində keçiriləcək "WTT Youth Contender" turnirlərində mübarizə aparacaq.

Ölkə birinciliyinin qalibləri müəyyənləşib

13 yaşadək stolüstü tennisçilərin ölkə birinciliyinə yekun vurulub. Nəticələrlə tanış olun:

Şəxsi- qızlar
I yer - Trofimenko Sofiya
II yer- Aslanzadə Mehri h
III yer - Mirzəbalayeva  Mehin
III yer - Həbibova Yasəmən
Oğlanlar
I yer - Babayev Vaqif
II yer - Muradov Zərbah
III yer - Yusubov Mirilkin
III yer - Hümbətov Saleh
Qoşa qızlar
I yer - Həbibova Yasəmən- Mirzəbalayeva Mehin
II yer - Aslanzadə Mehri- İnamverdizadə. Banu
III yer - Trofimenko Sofiya - Babazadə Xədicə
III yer - Miradiyeva Alina-Cəfərli Zəhra
Qoşa oğlanlar
I yer - Babayev Vaqif - Muradov Zərbah
II yer - Almədədli Cəfər - Hümbətov Saleh
III yer - Mirzəliyev Əliəkbər - Kərim Camal
III yer - Kamilov Həzrət - Babayev Yunis
Qarışıq qoşa
I yer - Kamilov Həzrət - Babazadə Xədicə
II yer - Almədədli Cəfər - Trofimenko Sofiya
III yer - Babayev Vaqif - Aslanzadə Mehri
III yer - Muradov Zərbah-Banluyeva Minəxanım

Stolüstü tennisçilər beynəlxalq turnirin mükafatını qazanıblar

 

Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "WTT Youth Contender" turnirində fəxri kürsüyə qalxıblar. Seçmə komandamızın üzvləri qarışıq-qoşa mübarizədə bürünc mükafata layiq görulüblər. Qeyd edək ki, mayın 28-də start verilən yarışa mayın 31-də yekun vurulacaq.

Stolüstü tennis üzrə ölkə birinciliyi başlanıb

Bu gün stolüstü tennis üzrə ölkə birinciliyinin startı verilib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 13 yaşadək idmançılar bacarıqlarını göstərirlər. Kütləviliyi ilə seşilən birincilikdə paytaxt təmsilçiləri ilə yanaşı müxtəlif şəhər və rayonların seçmə komandaları, idman klubları, idman məktəblərindən 100-ədək stolüstü tennisçi mübarizəyə qatılıb. “Şüa” İdman Kompleksində şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilən ölkə birinciliyinə mayın 31-də yekun vurulacaq.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası