Stolüstü tennisçilər daha bir mükafat qazanıblar

WhatsApp Image 2025 09 28 at 12.11.34 imageonline.co merged11

Stolüstü tennisçilər Yağmur Məmmədli ilə Aylin Əsgərova  III MDB Oyunlarının bürunc mükafatına layiq görülüblər. Bu gün kecirilən qoşa yarışların yarımfinalında Belarusun Yana Zadsko-Sofiya Beliasava tandeminə 1-3 hesabı ilə uduzan idmançılar üçüncü yeri tutublar.
Oğlanların qoşa yarışlarının yarımfinalında belaruslu İvan Zaytsau-Aleksey Rabuşka cütu üzərində 3-0 hesablı qələbə qazanan Adil Əhmədzadə ilə Onur Quluzadə isə finala yüksəlib. İdmançılarımız bu gün saat 18:00-da keçiriləcək həlledici görüşdə rusiyalı Yevgeni Vasikov Yevgeni Dosov cütü ilə qarşılaşacaqlar.

Stolüstü tennişçilər III MDB Oyunlarının finalında

w133 1

Stolüstü tennişçilər Onur Quluzadə, Adil Əhmədzadə və Mərziyyə Nurmətova III MDB Oyunlarının şəxsi yarışlarında finala yüksəliblər. Onur Quluzadə 14 yaşlıların mübarizəsində, yarımfinalda qazaxıstanlı Yessimxan Orunbassara 3-1, Adil Əhmədzadə 17 yaşlıların mübarizəsində belaruslu Aleksey Rabuşkaya 3-0, Mərziyyə Nurmətova 17 yaşlıların mübarizəsində özbəkistanlı Maftuna Gulimovaya 3-0 hesabı ilə qalib gəlib. Yarımfinalda rusiyalı Alina İlimbetovaya 1-3 hesabı ilə uduzan 14 yaşlı Yağmur Məmmədli ücuncü yeri tutub. Həlledici görüşlər sentyabrın 29-da keçiriləcək. Qeyd edək ki, günün ilk sessiyasında qızlardan və oğlanlardan ibarət komandalarımız yarışın gümüş mükafatını qazanıb.

Oğlanlardan ibarət stolüstü tennis üzrə seçmə komanda MDB Oyunlarının gümüş mükafatını qazanıb

w130

Azərbaycanın oğlanlardan ibarət stolüstü tennis seçməsi III MDB Oyunlarının gümüş mukafatına layiq görülüb. Komanda yarışlarının final matçında Rusiya kollektivi ilə üz-üzə gələn Onur Quluzadə, Adil Əhmədzadə və Rüstəm Hacılıdan ibarət seçmə 0-2
hesabı ilə uduzaraq ikinci yeri tutub. Qeyd edək ki, III MDB Oyunlarında stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Qızlardan ibarət stolüstü tennis üzrə seçmə komanda MDB Oyunlarının gümüş mükafatını qazanıb

w129

Azərbaycanın qızlardan ibarət stolüstü tennis seçməsi III MDB Oyunlarında gümüş mukafata layiq görülüb. Komanda yarışlarının final matçında Rusiya kollektivi ilə qarşılaşan Mərziyyə Nurmətova, Yağmur Məmmədli və Aylin Əsgərovadan ibarət seçmə 0-2 hesabı ilə uduzaraq ikinci yeri tutub. Qeyd edək ki, III MDB Oyunlarında stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Oğlanlardan ibarət secmə komanda MDB Oyunlarının finalında

Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunlarının stolüstü tennis yarışları davam edir. İlk yarış gunünün ikinci sessiyasında mübarizəyə qatılan oğlanlardan ibarət komandamız yarımfinalda Özbəkistan seçməsi ilə qarşılaşıb. Onur Quluzadə ilə Adil Əhmədzadənin inamlı qələbələri komandamızı finala yuksəldib. İdmançılarımız sabah keçiriləcək final matçında Rusiya komandası ilə üz-üzə gələcəklər. Qeyd edək ki, komanda, şəxsi, qoşa və qarışıq - qoşa növləri üzrə keçirilən stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Stolüstü tennisçilər MDB Oyunlarının finalında

Azərbaycanın qızlardan ibarət stolüstü tennis seçməsi III MDB Oyunlarında mübarizəyə uğurla start verib. Komanda yarışlarında inamlı oyun göstərən Mərziyyə Nurmətova - Aylin Əsgərova - Yağmur Məmmədli triosu yarımfinalda Belarus kollektivinə 2-1 hesabı ilə qalig gələrək, həlledici mərhələyə yüksəlib. Sabah Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək final görüşündə komandamızın rəqibi yarımfinalda Özbəkistan secməsini üstələyən Rusiya kollektivi olacaq. Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Stolüstü tennisçilər beynəlxalq turnirdə 5 medal qazanıblar

 

Gürcüstanın Batumi şəhərində yeniyetmə stolüstü tennisçilərin "WTT Youth Contender" turnirinə yekun vurulub. Seçmə komandamız beynəlxalq yarışı 5 medalla başa vurub. Bu gün 11 yaşadək idmançıların mübarizəsinə qatılan Mehin Mirzəbalayeva bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüb. Əliəkbər Mirzəliyev eyni yaş qrupunda ikinci, Cəfər Almədədli üçüncü yeri tutub. Xatırladaq ki, yarısın ilk günlərində Mehin Mirzəbalayeva ilə Vaqif Babayev U 13 kateqoriyasında üçüncü yerə layiq görülmüşdü.

Stolüstü tennisçilər beynəlxalq turnirin mükafatçıları sırasında

 

 

 

Gürcüstanın Batumi şəhərində yeniyetmə stolüstü tennisçilərin "WTT Youth Contender" turniri davam edir. Seçmə komandamızın üzvləri yarışın ilk günlərində iki medal qazanıblar.  Mehin Mirzəbalayeva ilə Vaqif Babayev U 13 kateqoriyasında üçüncü yerə layiq görülüb. Qeyd edək ki, beynəlxalq yarışa sentyabrın 21-də yekun vurulacaq.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası