Stolüstü tennisçimiz beynəlxalq yarışda növbəti mükafatı qazanıb

Stolüstü tennisçi Əliəkbər Mirzəliyev ilk addımlarını atdığı beynəlxalq arenada etimadı doğrultmaqdadır. Almaniyanın Berlin şəhərində təşkil olunan  "WTT Youth Contender" turnirində U 11 yaş dərəcəsində bürünc mükafata layiq görulən istedadlı idmançı Çexiyanın ev sahibliyi etdiyi analoji yarışda daha yüksək nəticəyə imza atıb. Havirov şəhərində keçirilən turnirdə finaladək irəliləyən Əliəkbər Mirzəliyev ikinci yeri tutmaqla istedadını bir daha nümayiş etdirib. Xatırladaq ki, əməkdar məşqçi Ramil Cəfərovun yetirməsi Batumidə qatıldığı ilk "WTT Youth Contender" turnirində də bürünc mükafat qazanmışdı.

image1

Stolüstü tennisçilər beynəlxalq yarışın mükafatını qazanıblar

Stolüstü tennisçilərimiz Almaniyanın Berlin şəhərində təşkil olunan  "WTT Youth Contender" turnirində uğurla çıxış ediblər. Oğlanlardan ibarət seçmə komandanın baş məşqçisi Ramin Cəfərovun rəhbərliyi ilə yarışa qatılan 3 idmançıdan ikisi mükafata layiq görülüb. İstedadlı stolüstü tennisçilər Onur Quluzadə U 15, Ələkbər Mirzəliyev isə U 11yaş dərəcəsində ücuncü yeri tutub. Komandamız bununla kifayətlənmək niyyətində deyil. Bu gün Çexiyaya yollanan Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədlidən ibarət trio Havirov şəhərində keçiriləcək analoji turnirdə də etimadı doğrultmağa çalışacaq.

image

Stolüstü tennisçilər növbəti yarışlara yollanıblar

Martın 9-dan 15-dək Almaniyanın Berlin və Çexiyanın Havirov şəhərlərində stolüstü tennis üzrə WTT Youth Contender turnirləri təşkil olunacaq. Bu yarışlarda gənclərdən ibarət seçmə komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramin Cəfərovun rəhbərliyi ilə 6 idmançımız qüvvəsini sınayacaq. Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədli oğlanların, Yağmur Məmmədli, Mehin Mirzəbalayeva və Yasəmən Həbibova qızların yarışında mübarizə aparacaq. Qeyd edək ki, turnirlər U 17, U 15, U 13 və U 11 yaş dərəcələri üzrə keçiriləcək.

f11

Stolüstü tennis üzrə ölkə çempionatına yekun vurulub

Stolüstü tennis üzrə ölkə çempionatı başa çatıb. “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışın son günündə həlledici oyunlar keçirilib.  Kişilərin şəxsi yarışlarının final görüşündə Rüstəm Hacılıya qalib gələn Onur Quluzadə baş mükafata layiq görülüb. Xəyal Həşimli ilə Adil Əhmədzadə üçüncü olub.

Ardını oxu...

Ölkə çempionatında ilk qalib və mükafatçılar müəyyənləşib

Stolüstü tennis üzrə ölkə çempionatı davam edir. “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışa paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonların təmsilçiləri qatılıblar. Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilən çempionatda idmançılar ilk olaraq komanda yarışlarında bacarıqlarını göstəriblər. Kişilərin mübarizəsi Bakı-1 komandasının qələbəsi ilə başa catıb. Bakı-2 ikinci, Bakı-3 və Şabran kollektivi üçüncü yeri tutub. 
Qadınların yarışında Sumqayıt-1 qalib gəlib. Bakı-1 komandası ikinci yeri tutub. Bakı-2 və Sumqayıt-2 üçüncü pillədə qərarlaşıb. Ölkə çempionatına martın 6-da yekun vurulacaq. Fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/news?start=40#sigFreeId38cc43649a

Stolüstü tennis üzrə ölkə çempionatı keçirilir

Bu gün stolüstü tennis üzrə ölkə çempionatı start götürüb. “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışa paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonların təmsilçiləri qatılıblar. Açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və federasiyanın baş katibi Könül Mikayılova iştirakçılara uğurlar arzulayıb. Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilən çempionata martın 6-da yekun vurulacaq. Fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.

View the embedded image gallery online at:
https://astf.az/index.php/az/news?start=40#sigFreeId2e5ad9db3b

Stolüstü tennisçilərimiz Türkiyə Superliqasında

Stolüstü tennis üzrə milli komandanın 4 üzvü Türkiyə Superliqasında iştirak edəcək. Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova “Masader Spor Klubu”, Adil Əhmədzadə ilə Onur Quluzadə isə “Spin Point Spor Kulubu”ndan dəvət alıb. Sözügedən idmançılar yarışın 3-cü və 4-cü turunda çempionat oyunlarına çıxacaqlar. Qarşılaşmalar fevralın 28-i və martın 1-də Kayseri şəhərinin idman kompleksində təşkil olunacaq. Qeyd edək ki, seçmə komandanın üzvləri bu gün Türkiyəyə yollanıblar.

WhatsApp Image 2026 02 27 at 16.42.54

“Baku Open” stolüstü tennis turniri keçiriləcək

Stolüstü tennis həvəskarlarını qarşıda daha bir maraqlı yarış gözləyir. Söhbət Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan “Baku Open” turnirindən gedir. Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən “Şüa İdman Kompleksi”ndə təşkil olunacaq turnirdə əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstərəcəklər. Peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar. 4-5 aprel / 11-12 aprel tarixlərində keçiriləcək yarışın mükafat fondu 3000 manat olacaq. Turnirə qatılmaq istəyənlər Azərbaycan Stolüstü Tennis Federasiyasına müraciət edə bilərlər.

Əlaqə nömrəsi: +994 50 796 66 57

WhatsApp Image 2026 02 24 at 11.13.40

 



       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası