Stolüstü tennisçilər MDB Oyunlarının finalında

Azərbaycanın qızlardan ibarət stolüstü tennis seçməsi III MDB Oyunlarında mübarizəyə uğurla start verib. Komanda yarışlarında inamlı oyun göstərən Mərziyyə Nurmətova - Aylin Əsgərova - Yağmur Məmmədli triosu yarımfinalda Belarus kollektivinə 2-1 hesabı ilə qalig gələrək, həlledici mərhələyə yüksəlib. Sabah Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək final görüşündə komandamızın rəqibi yarımfinalda Özbəkistan secməsini üstələyən Rusiya kollektivi olacaq. Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

Stolüstü tennisçilər beynəlxalq turnirdə 5 medal qazanıblar

 

Gürcüstanın Batumi şəhərində yeniyetmə stolüstü tennisçilərin "WTT Youth Contender" turnirinə yekun vurulub. Seçmə komandamız beynəlxalq yarışı 5 medalla başa vurub. Bu gün 11 yaşadək idmançıların mübarizəsinə qatılan Mehin Mirzəbalayeva bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüb. Əliəkbər Mirzəliyev eyni yaş qrupunda ikinci, Cəfər Almədədli üçüncü yeri tutub. Xatırladaq ki, yarısın ilk günlərində Mehin Mirzəbalayeva ilə Vaqif Babayev U 13 kateqoriyasında üçüncü yerə layiq görülmüşdü.

Stolüstü tennisçilər beynəlxalq turnirin mükafatçıları sırasında

 

 

 

Gürcüstanın Batumi şəhərində yeniyetmə stolüstü tennisçilərin "WTT Youth Contender" turniri davam edir. Seçmə komandamızın üzvləri yarışın ilk günlərində iki medal qazanıblar.  Mehin Mirzəbalayeva ilə Vaqif Babayev U 13 kateqoriyasında üçüncü yerə layiq görülüb. Qeyd edək ki, beynəlxalq yarışa sentyabrın 21-də yekun vurulacaq.

Stolüstü tennisçilər Gürcüstana yollanıblar

Yeniyetmə stolüstü tennisçilər Gürcüstanda keçiriləcək beynəlxalq yarışda iştirak edəcəklər. Seçmə komandanın üzvləri Sofiya Trofimenko, Mehin Mirzəbalayeva, Xədicə Babazadə, Yasəmən Həbibova, Mehri Aslanzadə, Zərbah Muradov, Vaqif Babayev, Mirilkin Yusubov, Əliəkbər Mirzəliyev və Cəfər Almədədli məşqçilər Elnur Hidayətzadə və Billurə Eminovanın rəhbərliyi ilə Batumidə keçiriləcək "WTT Youth Contender" turnirində mübarizə aparacaqlar. Sabah start veriləcək yarışa sentyabrın 21-də yekun vurulacaq.

Stolüstü tennisçilər növbəti beynəlxalq yarışa qatılacaqlar

Stolüstü tennisçilər bu gün Türkiyəyə yollanıblar. Seçmə komandamızın üzvləri Hilal Həsənov, Nihad Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli məşqçilər Ramil Cəfərovla Səbinə Əzizlinin rəhbərliyi ilə “WTT Feeder Cappadocia” turnirində iştirak edəcəklər. Sabah startı veriləcək beynəlxalq yarışa sentyabrın 20-də yekun vurulacaq.

Stolüstü tennisçilər Türkdilli Dövlətlərin Universiadasında gümüş medala layiq görulüblər

 

 

Stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Abulhəmidova Qırğızıstanın Çolpan-Ata şəhərində təşkil olunan Türkdilli Dövlətlərin Universiadasında gümüş medal qazanıblar. Komanda yarışlarında Qırğızıstan idmançılarına 3-0, Qazaxıstan təmsilçilərinə 3-1 hesabı ilə qalib gələn Mikayilova-Abdulhəmidova tandemi, finalda türkiyəli rəqiblərinə 1-3 hesabı ilə uduzaraq ikinci yeri tutub. Qeyd edək ki, sayca üçuncu olan Universiadaya sentyabrın 9-da yekun vurulacaq.

Stolüstü tennisçilər Türkdilli Dövlətlərin Universiadasında iştirak edəcəklər

Stolüstü tennisçilər bu gün Qırğızıstana yollanıblar. Seçmə komandanın üzvləri Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Amin Oruczadə və Tural Mirzəyev baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə sözügedən yarışda qələbə uğrunda mübarizə aparacaq. Çolpan-Ata şəhərində təşkil olunacaq Universiadaya sabah start veriləcək. Yarışa sentyabrın 9-da yekun vurulacaq.

Stolüstü tennisçilər Çinə yollanıblar

 Stolüstü tennisçilər Çinə təlim-məşq toplanışına yollanıblar. Çin Xalq Respublikasının Hebey əyalətinin Zenq Dinq şəhərində təşkil olunacaq toplanışda iki heyət iştirak edəcək. Adil Əhmədzadə, Rüstəm Hacılı, Hilal Həsənov, Onur Quluzadə, Nihat Məmmədov, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Yağmur Məmmədli, Zemfira Mikayılova və Ləman Abdulhəmidova avqustun 3-dən 18-dək seçmə komandanın baş məşqçisi Mixail Timofeyev və məşqçilər Ramil Cəfərovla Səbinə Əzizlinin rəhbərliyi ilə hazırlıq keçəcək.

3-13 avqust tarixlərində isə yeniyetmə stolüstü tennisçilər Cəfər Almədədli, Ələkbər Mirzəliyev, İsgəndər İsgəndərov, Həzrət Kamilov, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Banu İmanverdizadə və Nailə Nəzirova məşqçilər Gülnarə İbrahimova, Billurə Eminova və Zakir Cavadovun rəhbərliyi ilə Zenq Dinq şəhərində təlim-məşq toplanışında olacaqlar.

 

 

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası