Stolüstü tennisçilər Sarayevoya yollanıblar

Stolüstü tennisçilər Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək "WTT Youth Contender" turnirində iştirak edəcəklər. Budəfəki yarışda seçmə komandanın 6 üzvü bacarığını göstərəcək. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq. Aprelin 22-də start veriləcək yarışa aprelin 25-də yekun vurulacaq.

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa catıb


Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına yekun vurulub. “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı, qadınlar isə 40-dan yuxarı yaş qrupunda mübarizə aparıblar. 60-a yaxın iştirakçının qatıldığı çempionatda bütün rəqiblərini ustələyən Vaqif Məmmədov, Yaşar Mövlanov, Məzahir Həsənov, Muxtar Ağazadə və Marina Ruvayeva şəxsi mübarizədə baş mükafata layiq görulüb. Zaur Mikayılovla Mahir Cəbiyev tandemi isə qoşa yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fərqlənən iştirakçılar Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıb.

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başlanıb


Bu gün veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına start verilib. “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı yaş qrupunda, qadınlar isə 40-dan yuxarı yaş qrupunda mübarizə aparırlar. Budəfəki çempionata 60-a yaxın iştirakçı qatılıb. Onlar həm şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçılar müəyyənləşdirəcəklər. Azərbaycan çempionatına sabah yekun vurulacaq.

Stolüstü tennisçilər Berlin və Havirov sınaqlarında

Stolüstü tennisçilərimiz növbəti beynəlxalq yarışlara qatılıblar. Bu gün paralel olaraq Almaniyanın Berlin və Çexiyanın Havirov şəhərində “WTT Youth Contender” turnirinə start verilib. Onur Quluzadə və Tunar Bağırov martın 10-dan 12-dək seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Berlin, Yağmur Məmmədli və Aylin Əsgərova məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Havirov sınaqlarında bacarığını göstərəcək. Martın 14-dən 16-dək isə oğlanlar Havirovda, qızlar Berlində təşkil olunan anoloji yarışda mübarizə aparacaqlar.

Respublika turnirinin qalibləri müəyyənləşib

Stolüstu tennis üzrə respublika turnirinə yekun vurulub. Sumqayıtda keçirilən yarışda yerli idmançılarla yanaşı Bakı, Şəki, Salyan, Şirvan və Şabrandan 80-ə yaxın stolüstü tennisçi iştirak edib. 2014-cü il və aşağı təvəllüdlü idmançıların qatıldığı turnirdə oğlanlar arasında Əliəkbər Mirzəliyev qalib gəlib. Cəfər Almədədli 2-ci, Həsrət Kamilov 3-cü yeri tutub. Qızların mübarizəsi Banu İmanverdizadənin qələbəsi ilə başa catıb. Nailə Nəzirova  ilə Mehri Aslanzadə müvafiq olaraq mükafata layiq digər yerlərə layiq görülüb. Fərqlənən idmançilara Azərbaycan Stolüstu Tennis Federasiyasının hədiyyələri təqdim olunub

Stolüstü tennisçilər Polşaya yollanıblar


Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər. Seçmə komanda bu məqsədlə bu gün Polşaya yola düşüb. Martın 5-də Vladislavovo şəhərində start veriləcək “WTT Yoth Contender” turnirində 4 idmançı bacarığını göstərəcək. Seçmə komandanın baş məşqçisi Mixail Timofeyev və məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Aylin Əsgərova qələbə uğrunda mübarizə aparacaq. Beynəlxalq yarışa martın 8-də yekun vurulacaq.

Stolüstü tennisçilər beynəlxalq yarışı 3 medalla başa vurdular


 
 Türkiyənin Nevşehir şəhərində təşkil olunan “WTT Youth Contender” turnirinə yekun vurulub.  Yarışın son günündə U15 kateqoriyasının şəxsi turnirində mübarizə aparan Onur Quluzadə komandamızın aktivinə daha bir medal yazdırıb. Yarımfinalda Türkiyə təmsilçisi Kenan Kahramanla qarşılaşan Onur gərgin keçən görüşdə 2-3 hesabı ilə uduzaraq bürünc mukafatla kifayətlənib. Xatırladaq ki, Onur Quluzadə turnirin U17 kateqoriyasında da fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı. Qarışıq-qoşa yarışında isə Onur Quluzadə ilə Yağmur Məmmədli U15 kateqoriyasında baş mükafata layiq görülmüşdü.

Stolüstü tennisçilərimiz beynəlxalq yarışın qalibi olublar


 
Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində etimadı layiqincə doğruldublar. U 15 kateqoriyasında yarışan idmançılar bu gün qarışıq-qoşa mübarizəsində final görüşunə çıxıblar. Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada Türkiyə təmsilçilərinə 3:2 hesabı ilə qalib gələn idmançılarımız baş mükafata layiq görülüblər. Xatırladaq ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafat qazanmışdı.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası