Stolüstü tennisçilər beynəlxalq yarışın finalına yüksəliblər


 
Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində etimadı doğrultmaqdadırlar. U 15 kateqoriyasında yarışan idmançılar bu gün qarışıq-qoşa mübarizəsində finaladək irəliləyərək minimum gümüş mükafatı təmin ediblər. Quluzadə - Məmmədli tandemi sabah keçiriləcək həlledici qarşılaşmada Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək. Xatırladaq ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafata layiq görülmüşdü.

Stolüstü tennisçilər daha bir beynəlxalq yarışa qatılıblar


Bu gün Türkiyənin Nevşehir şəhərində “WTT Youth Contender” turnirinə start verilir. Beynəlxalq yarışda Azərbaycan stolüstü tennisçiləri də bacarıqlarını göstərəcəklər. Seçmə komandanın məşqçiləri Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq. Beynəxalq yarışa fevralın 17-də yekun vurulacaq.

Stolüstü tennisçilərin daha bir uğuru

Stolüstü tennisçilər daha bir beynəlxalq yarışda etimadı doğruldublar.
Seçmə komandanın üzvləri Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Europe Youth Series” turnirində bürünc mükafata layiq görülüblər. Baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə yarışa qatılan Onur Quluzadə ilə Tunar Bağırov qoşa mübarizədə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Stolüstü tennisçilər Osiyek sınağında

Stolüstü tennisçilər fevralın 5-də daha bir beynəlxalq yarışa qatılacaqlar. Söhbət yeniyetmələrin “Europe Youth Series” turnirindən gedir. Xorvatiyanın Osiyek şəhərində təşkil olunacaq yarışda baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Mələk Əhmədzadə qələbə uğrunda mübarizə aparacaq. Beynəlxalq yarışa fevralın 9-da yekun vurulacaq.

Stolüstü tennisçilərdən növbəti uğur

 

 

 

Stolüstü tennisçilərimiz Qətərin paytaxtı Dohada keçirilən “WTT Youth Star Contender Doha 2025” yarışını 3 mükafatla başa vurublar. Turnirin son günündə mübarizə aparan Onur Quluzadə U-15 kateqoriyasının qoşa turnirində gümüş medala sahib çıxıb. Onur və koreyalı həmkarı Ma Yeongmin finalda Türkiyə idmançıları Kenan Kahraman və Görkem Ocala uduzaraq gümüş medalla kifayətlənib. Xatırladaq ki, bundan əvvəl Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa, Mərziyyə Nurmətova ilə Aylin Əsgərova isə qoşa yarışlarda bürünc mükafata layiq görülmüşdü. Onur Quuzadə həmçinin, Dohada təşkil olunan “WTT Youth Contender Doha 2025” turnirinin gümüş medalını da qazanmışdı.

Stolüstü tennisçilər Qazaxıstana yollanıblar

Stolüstü tennisçilər növbəti beynəlxalq təlim-məşq toplanışını Qazaxıstanda keçəcəklər. Seçmə komandanın üzvləri bu məqsədlə Astana şəhərinə yola düşüblər. Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Hilal Həsənov, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Hüseyn Eylazov, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Ləman Abdulhəmidova və Arzu Aslanova fevralın 3-dən 11-dək Qazaxıstan millisi ilə birgə hazırlıq prosesində olacaq. Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Stolüstü tennisçilər Dohada daha bir mükafat qazanıblar

Qətərin paytaxtı Dohada stolüstü tennisçilərin “WTT Youth Star Contender Doha 2025” yarışı davam edir. Turnirin növbəti günündə seçmə komandamızın üzvləri Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qoşa yarışların nəticəsinə görə fəxri kürsünün üçüncü pilləsində yer alıblar. Xatırladaq ki, təmsilçilərimiz Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa mubarizəsində eyni nəticəyə imza atmışdılar. Qeyd edək ki, “WTT Youth Star Contender Doha 2025” turnirinə fevralın 2-də yekun vurulacaq.

Stolüstü tennisçilər Dohada daha bir uğura imza atıblar

Qətərin paytaxtı Dohada stolüstü tennisçilərin daha bir beynəlxalq yarışına start verilib. Söhbət “WTT Youth Star Contender Doha 2025” turnirindən gedir. Daha yüksək reytinqli idmançıların qatıldığı yarışın ilk günü seçmə komandamız üçün uğurlu alınıb. U-15 kateqoriyasında mübarizə aparan Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa yarışlarında 3-cü yerə layiq görülüb. Qeyd edək ki, “WTT Youth Star Contender Doha 2025” turnirinə fevralın 2-də yekun vurulacaq.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası